“Bölgələrdən paytaxta” layihəsinin Quba rayonuna həsr olunmuş tədbiri keçirilib

“Bölgələrdən paytaxta” layihəsinin Quba rayonuna həsr olunmuş tədbiri keçirilib
# 07 aprel 2015 10:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Dövlət Rus Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsinin Quba rayonuna həsr olunmuş tədbiri keçirilib.

APA-nın məlumatına görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Quba Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə təşkil etdiyi tədbirdə iştirakçılar rayonun sosial-iqtisadi inkişafını, mədəni irsini, kulinariyasını, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizmini əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Qubanın tarixi keçmişindən, müasir inkişafından danışıb, bildirib ki, son illər Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da müsbət təsir göstərir: "“Bölgələrdən paytaxta" layihəsi ölkəmizin zəngin mədəniyyətinin geniş təbliğinə, regionlararası mübadilənin gücləndirilməsinə, bölgələrin mədəni və turizm potensialının, ənənələrinin, incəsənət nümunələrinin daha geniş formada nümayiş etdirilməsinə imkan verir”.

Tədbirdə rayonun turizm potensialından, mədəniyyətindən bəhs edən videoçarx nümayiş olunub, musiqi kollektivləri və incəsənət ustaları çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR