Azərbaycanda bu ilin əvvəlindən dörd mindən çox domen qeydiyyata alınıb

Azərbaycanda bu ilin əvvəlindən dörd mindən çox domen qeydiyyata alınıb
# 07 iyul 2014 08:48 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Econoimics. Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artmaqda davam edir.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22 750 çatıb.

İlin əvvəlindən bu günədək 4 386 domen qeydiyyatdan keçirilib, 2 431 domen isə ləğv edilib. Beləliklə, bu ilin əvvəlindən qeydə alınan milli domen adlarının xalis artımı 1 955 domen təşkil edib. İlin əvvəlinə nisbətən ölkədə qeydiyyata alınan domen adlarının sayı 12%-dən çox olub.

Hazırda Azərbaycanda 21 219 “*.az”, 927 “*.com.az”, 177 “*.edu.az”, 123 “*.org.az”, 74 “*.net.az”, 67 “*.co.az”, 42 “*.int.az”, 52 “*.info.az”, 37“*.pp.az”, 18 “*.biz.az”, 8 “*.name.az”, 1 “*.mil.az”, 1 “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Coğrafi adlardan ibarət 4 domen adı qeydə alınıb “gence.az”, “sheki.az”, “ganja.az”, “imishli.az.”

Son 3 ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə isə 4 387, 2012-ci ildə 5 478 domen adı olub. Ötən il ərzində 6 199 domen qeydə alınıb və təxminən 2 500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3 699 domen təşkil edib. Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb, bu il isə domen sayının 40% artımı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR