Rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün iyunun 20-də keçiriləcəyini açıqlayıb - YENİLƏNİB

Rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün iyunun 20-də keçiriləcəyini açıqlayıb - <span style="color: red;">YENİLƏNİB
# 14 iyun 2016 15:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Y. Uşakovun sözlərinə görə, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dir müzakirələr aparacaqlar.

O, V. Putinin əvvəlcə Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda görüş keçirəcəyini, daha sonra danışıqların üçtərəfli formatda davam etdiriləcəyini qeyd edib: “Təbii olaraq tərəfimizdən münaqişə tərəflərinə kömək etməklə bağlı aktiv səy göstəriləcək. Biz son hərbi əməliyyatların dayandırılmasında həlledici rol oynamışıq. Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdəki birgə bəyanatlarında qeyd olunan prinsiplər əsasında Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə öz vasitəçilik missiyamızı davam etməyə hazırıq”.

***

saat 16.33

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün tarixi məlum olub.

APA-nın məlumatına görə, Ermənistanın “1in.am” saytı görüşün iyunun 26-da Sankt-Peterburqda baş tutacağı barədə xəbər yayıb.

Görüşdə Vyana görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsi imkanları, o cümlədən təmas xəttində atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizmləri və ATƏT-in Minsk qrupunun monitorinq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR