Naxçıvanın inzibati ərazi dairələri üzrə nümayəndəliklərində statistika uçotu aparılacaq

Naxçıvanın inzibati ərazi dairələri üzrə nümayəndəliklərində statistika uçotu aparılacaq
# 02 iyun 2016 19:27 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisi cədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında statistika işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.

APA-nın məlumatına görə, sərəncamda qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində statistika uçotunun aparılması təmin edilsin.

Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə statistika uçotu sənədlərinin nümunələrini hazırlayaraq təsdiq etmək, işçilərin peşə hazırlığını və təkmilləşdirilməsini nəzarətdə saxlamaq, Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə Komitənin aparatı ilə rayon (şəhər) idarələri arasında elektron sənəd dövriyyəsinin həyata keçirilməsi üçün tədbirlər görmək, yerli icra hakimiyyətləri ilə birlikdə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə statistika orqanı əməkdaşlarının fəaliyyəti üçün müvafiq şəraitin yaradılmasını təmin etmək tapşırılıb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə isə Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Statistika Komitəsinin aparatının və yerli qurumlarının ştat strukturuna yenidən baxılması və maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb.

Bu sərəncam 2016-cı il iyulun 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR