Bakıda axtarışda olan 3 nəfər tutulub

Bakıda axtarışda olan 3 nəfər tutulub
# 08 dekabr 2014 10:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda axtarışda olan şəxslər saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış və İstintaq Şöbələrinin, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin, Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1966-cı il təvəllüdlü Saqif Quliyev, 221-ci (xuliqanlıq) maddəsi axtarışda olan 1985-ci il təvəllüdlü Xəyyam Əbdülrəhimov və 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1990-cı il təvəllüdlü Fərhad Hacıyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR