Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıb

Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıb
# 21 sentyabr 2015 12:00 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 88-ci teatr mövsümünü H.K.Andersenin “Çirkin ördək balası” tamaşası ilə açıb.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşadan öncə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, xalq artistləri Cənnət Səlimova, Tariyel Qasımov, Yasin Qarayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə və gənc aktyor Elnur Kərimov çıxış edərək tamaşaçıları və teatrın yaradıcı heyətini yeni mövsüm münasibətilə təbrik ediblər.

 

Daha sonra “Çirkin ördək balası” tamaşası nümayiş etdirilib.

 

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

 

Tamaşada əsas rolları əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Anar Seyfullayev, Müşfiq Əliyev, Rasim Cəfərov və başqaları ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR