Gəncədə qadın meyiti aşkarlanıb

Gəncədə qadın meyiti aşkarlanıb
# 15 aprel 2013 14:14 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncənin Məhsəti qəsəbəsində qadın meyiti aşkarlanıb. Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın qərb bürosuna verilən məlumata görə meyit aprelin 13-də aşkarlanıb.

Gəncə şəhər Prokurorluğunda aparılan araşdırmalar zamanı məlum olub ki, dünyasını dəyişən Sevinc qəsəbəsində tüfeyli həyat sürən, 1941-ci il təvəllüdlü, rus milliyyətli Babirova Tamara Vinisovnadır.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR