Balakəndə 20 yaşlı qız sirkə turşusundan zəhərlənib

Balakəndə 20 yaşlı qız sirkə turşusundan zəhərlənib
# 13 aprel 2015 07:01 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə 20 yaşlı qız sirkə turşusundan zəhərlənib.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qullar kənd sakini, 1995-ci il təvəllüdlü Ülviyyə Eynullah qızı Karalova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 20 yaşlı Ülviyyə Karalova bilməyərək sirkə turşusu qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ülviyyə Karalovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR