Gəncənin ət satışı obyektlərinə nəzarət gücləndirilib

Gəncənin ət satışı obyektlərinə nəzarət gücləndirilib
# 18 iyul 2015 21:59 (UTC +04:00)

Ramazan bayramı günlərində Gəncə baytarlıq idarəsinin əməkdaşları ət satışı obyektlərinə nəzarəti gücləndiriblər.

APA-nın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, idarənin rəisi Bayandur Rzayev AZƏRTAC-a bildirib ki, hazırda şəhərdə 4 bazar və 50-yə yaxın ət satışı mağazası fəaliyyət göstərir. Bu obyektlərdə təxminən gün ərzində 1,5 ton xırda, 3 tona yaxın isə iribuynuzlu heyvan əti satılır. Bayram günlərində gücləndirilmiş iş rejiminə keçən kollektiv hər gün səhər tezdən həmin obyektlərdə olur, ət nümunələri götürərək laboratoriyada müayinədən keçirir. Sevindirici haldır ki, indiyədək heç bir heyvan ətində xəstəlik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR