Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 21 İyun

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 21 İyun
# 21 iyun 2016 18:09 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Sorosun nə deməsinə yox, bu fikirləri kimə ünvanlamasına fikir vermək lazımdır. Birjalar kralının Avropa İttifaqının dağılacağı, Rusiyanın supergücə çevriləcəyinə dair mesajları əslində Britaniya seçicilərinə ünvanlanıb. Cənab Soros Britaniyanın Avropa İttifaqından çıxması tərəfdarları Rusiya faktoru ilə qorxutmaq istəyir. Bunu açıq deməsə də, dolayı yolla bildirir ki, Avropa İttifaqını qorumaq lazımdır, əgər referendumda “hə” cavabı çıxsa, bu, birliyi məhv edəcək və proseslər Britaniyanın deyil, hamımızın ümumi düşməni olan Rusiyanın xeyrinə olacaq. Soros artıq bir neçə dəfə sübut edib ki, onu ciddiyə almamaq böyük səhvdir. Milyarderin bu açıqlamaları “Brexit”in taleyini də aşağı-yuxarı həll etmiş olur. Bu fikir referendum kimi önəmli prosesin taleyinin bir nəfərin açıqlamalarından asılı olduğu kimi anlaşılmasın. Amma söhbət əlində super dövlətlərin iqtisadiyyatlarını çökdürmək kimi alətlərə sahib olan Corc Sorosdan və Avropanın maliyyə mərkəzi sayılan Britaniyadan gedir. Əgər “Brexit” referendumu Avropa Birliyinin bütövlüyünün qorunması ilə nəticələnərsə, burada Corc Sorosun payı, prosesə dəstək verən Barak Obamadan az olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR