Prezident İlham Əliyev YAP Göyçay rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib - FOTO

Prezident İlham Əliyev YAP Göyçay rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib - <span style="color: red;">FOTO
# 06 oktyabr 2015 19:16 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsərək, ikimərtəbəli binada yaradılan şəraitlə tanış olub.

Binada akt zalı, elektron kitabxana, Yeni Azərbaycan Partiyası rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi üçün otaqlar var. Binadakı 120 yerlik konfrans zalında istər təşkilatın fəaliyyəti, istərsə də rayonun həyatında baş verən mühüm ictimai-siyasi hadisələrlə bağlı tədbirlər keçirmək mümkündür.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının 7663 üzvü var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR