Bank Of Baku

KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək

Almaniya kansleri Fridrix Merz

© APA | Almaniya kansleri Fridrix Merz

# 29 avqust 2026 23:42 (UTC +04:00)

Almaniya kansleri Fridrix Merz gələn həftənin əvvəlində Rusiyaya qarşı Avropa İttifaqının ümumi tədbirlərindən ayrıca yeni sanksiyalar elan edə bilər.

Bu barədə “Politico” məlumat yayıb.

Məlumata görə, tədbirlər arasında rusiyalı diplomatların ölkədən çıxarılması, Berlindəki Rusiya Evinin bağlanması və Ukraynaya yeni zərbə silahlarının göndərilməsi ola bilər.

Nəşr bildirir ki, Berlinin əsas məqsədlərindən biri Almaniyada qarşıdan gələn yerli seçkilər ərəfəsində “Almaniya üçün Alternativ” partiyasının mövqelərini zəiflətməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR