Bank Of Baku

KİV: Yeni "Rafale" qırıcısının 2035-ci ilədək hazır olacağı gözlənilir

KİV:  Yeni "Rafale" qırıcısının 2035-ci ilədək hazır olacağı gözlənilir
# 27 avqust 2026 04:50 (UTC +04:00)

Fransanın "Dassault" müdafiə şirkəti "Rafale" qırıcılarının modernləşdirilməsi çərçivəsində F5 standartının hazırlanmasını 2035-ci ilədək başa çatdırmağı planlaşdırır.

Bunu "Dassault" şirkətinin baş direktoru Erik Trappye "BFM Business" telekanalına müsahibəsində bildirib.

“Hazırda "Rafale" F5 adlanan bu superqırıcı üzərində işləyirik. Artıq bu standartın detallı layihələndirilməsi ilə məşğuluq. Təqdimetmə müddəti 2033-2035-ci illər arasındadır”, – deyə o bildirib.

Trappye əlavə edib ki, təyyarə Fransa tərəfindən ölkənin silahlı qüvvələrinin ehtiyacları nəzərə alınmaqla hazırlanır və layihədə heç bir xarici şirkət iştirak etmir.

O, 2035-ci ildən sonra yeni qırıcının ixrac üçün də təklif oluna biləcəyini istisna etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR