Volfqanq Şoyble: “Avropa İttifaqının Rusiyaya təzyiqi davam edəcək”

Volfqanq Şoyble: “Avropa İttifaqının Rusiyaya təzyiqi davam edəcək”
# 17 dekabr 2014 22:12 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bunu Almaniyanın maliyyə naziri Volfqanq Şoyble bəyan edib.

Onun sözlərinə görə, Ukraynanın şərqindəki böhran güc yolu ilə həll oluna bilməz. “Beləliklə, bizə yalnız sanksiyalar yolundan istifadə etmək qalır”, deyə V.Şoyble bildirib. Eyni zamanda nazir Avropa İttifaqının əməkdaşlığa üstünlük verdiyini də qeyd edib: “Biz daim dialoq üçün əlimizi uzatmağa hazırıq”.

Bundan əvvəl Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest Rusiyaya qarşı sanksiyaların nəticəsiz qaldığını bildirib: “Sanksiyalar Rusiyanın iqtisadiyyatını zəiflədib. Lakin biz Rusiyanın apardığı siyasətdə gözlədiyimiz dəyişiklikləri müşahidə etmirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR