Bakıda mobil operatorun ofisinin yeməkxanasının tavanı uçub, bir nəfər xəsarət alıb

Bakıda mobil operatorun ofisinin yeməkxanasının tavanı uçub, bir nəfər xəsarət alıb
# 30 aprel 2015 15:36 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda uçqun olub.

APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospekti 107 ünvanında, “Azərfon” şirkətinin yerləşdiyi binada qeydə alınıb. Binanın yeməkxanasının tavanı uçub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcilli yardım briqadası cəlb olunub.

“Azərfon” şirkətinin mətbuat xidmətinin rəhbəri Nigar Arpadarai APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, şirkətə məxsus binanın mətbəxində 450 Kv/m sahədə asma tavan uçub: "Şirkətə yemək xidməti göstərən şirkətin bir nümayəndəsi yüngül xəsarət alıb, digər işçilər təxliyə olunub. Xoşbəxtlikdən hadisə yeməkxanada adam az olan vaxt baş verib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Hazırda bununla bağlı araşdırma aparılır. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri hadisə yerinə dəvət olunublar”.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, xəsarət alan şəxs 1996-cı il təvəllüdlü Saleh Gülağa oğlu Canbaxışovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR