Gürcüstan paytaxtında "Tiflis İpək Yolu Forumu" keçiriləcək

Gürcüstan paytaxtında "Tiflis İpək Yolu Forumu" keçiriləcək
# 07 oktyabr 2015 18:48 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, beynəlxalq tədbir Gürcüstan hökumətinin və Çin Xalq Respublikasının təşkilatçılığı və Asiya İnkişaf Bankının dəstəyi ilə baş tutacaq.

Forumda 30 ölkənin hökumət nümayəndələri, 700 nəfərdən çox iştirakçı qatılacaq. Tədbirin açılışı Tiflisdəki Şota Rustaveli adına akademik teatrda baş tutacaq. İ. Qaribaşvili giriş sözü ilə çıxış edəcək.

Forumda əməkdaşlıq haqqında bəyannamə qəbul olunacaq. Tədbiri dünyada tanınmış iqtisadçı, Azadlıq və Demokratiya İnstitutunun prezidenti, doktor Hernando de Soto aparacaq.

"Tiflis İpək Yolu Forumu" çərçivəsində bir neçə paneldə İpək Yolunun ticarət və iqtisadi əməkdaşlığının yaxşılaşdırılmasının yeni imkanları, BTQ və digər irimiqyaslı layihələr, həmçinin enerji və biznes əlaqələrinin inkişafı, investisiya məsələləri diskussiya şəkilində müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR