7 saylı cəzaçəkmə müəssisəsində "Narkomaniyaya yox deyirik" mövzusunda tədbir keçirilib

7 saylı cəzaçəkmə müəssisəsində "Narkomaniyaya yox deyirik" mövzusunda tədbir keçirilib
# 06 may 2015 13:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində "Narkomaniyaya yox deyirik" mövzusunda tədbir keçirilib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, narkomaniya əleyhinə maarifləndirməyə və sağlam həyat tərzinin təbliğinə həsr olunmuş tədbirdə məhkumlara narkotik vasitələrin insan həyatı üçün zərəri haqqında danışılıb.


Daha sonra məhkumlara narkomaniyadan əziyyət çəkən gəncin başına gələn müsibətlərdən bəhs edən "Mayak" filmi nümayiş olunub.


Sonda məhkumlara Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən göndərilmiş maarifləndirici bukletlər və üzərində “Narkomaniyaya yox deyirik!” yazısı olan köynəklər paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR