Nazir müavini: “Marşrutların hərəkət sxemində aparılan optimallaşma davam edəcək”

Nazir müavini: “Marşrutların hərəkət sxemində aparılan optimallaşma davam edəcək”
# 20 may 2015 11:12 (UTC +04:00)

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Onun sözlərinə görə, bu kimi avtobuslar vətəndaşlara pulsuz xidmət göstərəcək. “Şəhərdə bütün idman arenalarına getmək üçün “express” marşrutlar fəaliyyət göstərəcək. İdman oyunlarının seyr etmək istəyən vətəndaşlar üçün pulsuz olacaq bu avtobuslar, həm də onların qısa müddətdə idman oyunlarının keçirildiyi yerə çatdırılmasına şərait yaradacaq. Buna görə ictimai nəqliyyatın da həmin marşrutlar üzrə hərəkət etməsinə lüzum yoxdur. Ona görə də bir sıra marşrutların hərəkət sxemi dəyişdiriləcək, digərləri isə aradan götürüləcək”, - deyə M. Pənahov bildirib.

Nazir müavini əlavə edib ki, sxemləri dəyişdirilən marşrutlar vətəndaşları “express” marşrutların nöqtələrinə çatdıracaq: “Marşrutların ləğv olunması demək düzgün olmaz. Biz, ilk növbədə, öz vətəndaşlarımız üçün şərait yaradırıq, onların daşınmasında rahatlığı təmin etmək üçün. Marşrutlarda təkmilləşmə, yəni, optimallaşma gedir. Bir birini təkrarlayan marşrutlar xətdən çıxarılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR