Fransada kilsələrə qarşı terror planlaşdırmaqda şübhəli bilinən tələbə həbs olunub

Fransada kilsələrə qarşı terror planlaşdırmaqda şübhəli bilinən tələbə həbs olunub
# 22 aprel 2015 12:59 (UTC +04:00)

Bakı – APA. Parisdə kilsələrə qarşı terror planlaşdırmaqda şübhəli bilinən 24 yaşlı tələbə həbs olunub.


APA-nın “The Local” nəşrinə istinadən verdiyi məlumata görə, Fransanın daxili işlər naziri Bernar Kaznev İT texnologiyası üzrə təhsil alan tələbənin aprelin 19-da saxlanıldığını bildirib. Axtarış zamanı tələbənin evində və avtomobilində silah-sursat tapılıb.

Tələbə xüsusi xidmət orqanlarının diqqətini Suriyaya getməyin yolları ilə maraqlanarkən cəlb edib. O, Parisin cənubunda idman məşqçisinin qətlində də şübhəli bilinir. B. Kaznevin sözlərinə görə, hadisə yerində aparılan DNT analizlərinin nəticəsi göstərir ki, izlər tələbəyə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR