Salyanda doğulan üçəmlərdən ikisi ölüb

Salyanda doğulan üçəmlərdən ikisi ölüb
# 21 iyun 2016 10:40 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyanda doğulan üçəmlərdən ikisi ölüb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində üçəm dünyaya gətirib.

Doğuş normal həyata keçsə də, bir müddət sonra uşaqlardan ikisi ölüb.

Valideynləri doğuşdan sonra kuvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər.

Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov isə APA-ya bildirib ki, uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, uşaqlar hamiləliyin 31-ci həftəsində, yəni vaxtından əvvəl dünyaya gəlib. Ölən körpələrin çəkisi 1,1 və 1,305 kiloqram olub. Körpələrin doğuşdan 30 dəqiqə sonra öldüyü bildirilib. Sağ qalan körpənin çəkisi isə 1,250 kiloqramdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR