Qəbələdə “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda müşavirə keçirilib

Qəbələdə “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda müşavirə keçirilib
# 06 may 2015 15:26 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qəbələdə “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional seminar-müşavirə keçirib.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının bələdiyyə sədrləri, fermer təsərrüfatlarının, texniki nəzarət müfəttişliklərinin, meşə mühafizəsi və bərpası müəssisələrinin əməkdaşları, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin yerli nümayəndələri iştirak edib. Müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yanğın təhlükəsizliyinin təmin olunması üçün məsuliyyət daşıyan rəhbər şəxslər, kənd təsərrüfatı əməkçiləri, vətəndaşlar qarşısında qoyulan vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Seminarda yanğına qarşı təbliğat işinə də geniş yer verilib, bu mövzuda məruzələr dinlənilib, iştirakçıların sualları cavablandırılıb. Seminar-müşavirə iştirakçılarına yanğın təhlükəsizliyinə aid broşürlər və əyani vəsaitlər paylanılıb, mövzuya dair videoçarx nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR