Bakının mərkəzində 35 yaşlı kişi bıçaqlanıb

Bakının mərkəzində 35 yaşlı kişi bıçaqlanıb
# 04 iyul 2015 09:15 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xəqani küçəsi 19-da qeydə alınıb.

Şərur rayon sakini, 1962-ci il təvəllüdlü Tofiq Hüseynov aralarında yaranan münaqişə zəminində Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Vüqar Vahid oğlu Əsədovu bıçaqlayıb. V. Əsədov ağır bədən xəsarəti ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində T. Hüseynov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR