Qvineyada “Ebola” virusuna qarşı dərmanlarla dolu anbar yanıb

Qvineyada “Ebola” virusuna qarşı dərmanlarla dolu anbar yanıb
# 18 dekabr 2014 21:59 (UTC +04:00)

Bakı-APA. Qvineyanın paytaxtında “Ebola” virusuna qarşı vaksin və preparatlarla dolu anbar yanıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, yanğın Konakri aeroportunda yerləşən anbarda baş verib. Anbarda “Ebola”ya qarşı dərmanlardan başqa malyariya və digər xəstəliklərə qarşı vaksinlərin saxlanıldığı bildirilir. Güclü yanğın mühüm dərman ehtiyatlarının hamısını məhv edib.

Yanğınsöndürənlər yanğının xüsusi qoruyucu geyimlərin saxlanıldığı bitişik binaya keçməsinin qarşısını ala bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR