Əcnəbi şagirdlərin Azərbaycanda yaşamasının qanuniləşdirilməsi ilə bağlı görüş keçirilib

Əcnəbi şagirdlərin Azərbaycanda yaşamasının qanuniləşdirilməsi ilə bağlı görüş keçirilib
# 13 mart 2015 09:53 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Dövlət Miqrasiya Xidmətinin (DMX) aparatında Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri ilə görüş keçirilib.

DMX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın orta ümumtəhsil məktəblərində təhsil alan əcnəbi şagirdlərin ölkədə yaşamalarının qanuniləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Bu istiqamətdə birgə müvafiq iş aparılmasının, məktəb direktorlarının bu prosesdə yaxından iştiraklarının zəruriliyi əsaslandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR