Siyəzəndə iki yük maşını toqquşub, ata və oğul xəsarət alıb

Siyəzəndə iki yük maşını toqquşub, ata və oğul xəsarət alıb
# 26 avqust 2014 17:03 (UTC +04:00)

Siyəzən. Vəli Turan - APA. Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“QAZel” markalı avtomaşınla “Shacman” markalı yük maşını toqquşub. Qəza nəticəsində “QAZel”də olan iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Quba rayonunun Rustov kənd sakinləri - 1958-ci il təvəllüdlü Kərimov Səfərqulu Məhəmməd oğlu və onun 1985-ci il təvəllüdlü oğlu Yaşardır. Hər iki şəxsə qapalı kəllə beyin travması və sınıq xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. S.Kərimovun vəziyyətinin orta ağır, oğlunun vəziyyətinin isə ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR