Gürcüstanda azərbaycanlıların tarixi abidələri öyrənilir - FOTO

Gürcüstanda  azərbaycanlıların tarixi abidələri öyrənilir - <span style="color: red;">FOTO
# 16 iyul 2015 21:29 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tiflis Dövlət İncəsənət Akademiyasının professoru, tarix elmləri doktoru Temur Bibiluri bildirib. Onun sözlərinə görə, öncə azərbaycanlılar yaşayan Bolnisi, Marneuli və digər rayonlarda tarixi abidələr öyrənilməyə başlanılıb.

"Öncə Bolnisidən başlamışıq. Biz hələlik kümbəzlərin tarixini, durumunu öyrənir, qədim yazıları öyrənməyə çalışırıq. Bundan sonra biz bu yazılara əsasən qazıntı işləri aparacaq və kümbəzləri qədim formasına uyğun bərpa edəcəyik. Biz bununla əlaqədar layihə hazırlamışıq. Layihə Gürcüstan mədəniyyət nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirələcək. Hələlik azərbaycanlıların kompakt yaşadığı Qoçulu (Çapala) və İmirhəsən (Savaneti) kəndlərində 7 abidəni öyrənərək şəkillərini də çəkmişik”. Professor Temur Bibiluri 200-500 il tarixi olan Çələbilər qəbiristanlığını da öyrənmək üçün layihəyə daxil edəcəklərini bildirib.

Gürcüstanın mədəniyyət naziri Mixeil Giorqadze APA-ya açıqlamasında "Çələbilər" qəbiristanlığının hazırkı durumunu əks etdirən foto-şəkilləri nazirliyə təqdim olunarsa, bu barədə Gürcüstan Mədəni Abidələr Agentliyinə göstəriş verəcəyini bildirib. Xatırladaq ki, gürcü salnaməçisi İace Barataşvili 1744-cü ildə "Çələbilər" qəbiristanlığı haqqında yazıb və bu qədim qəbiristanlıqda tarixi şəxsiyyətlərin uyuduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR