Vladimir Putin Azərbaycan prezidentinə zəng edib

Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
# 04 noyabr 2015 10:14 (UTC +04:00)

APA-nın məlumatına görə, V. Putin dövlət başçısını Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, prezident İlham Əliyevə fəaliyyətində yeni-yeni uğurlar, Azərbaycan xalqına firavanlıq arzulayıb.

Prezident İ. Əliyev göstərilən diqqətə və təbrikə görə rusiyalı həmkarına minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR