İtaliyada müxtəlif dinlərin yanaşı mövcudluğu ilə bağlı Azərbaycan təcrübəsi müzakirə olunacaq

İtaliyada müxtəlif dinlərin yanaşı mövcudluğu ilə bağlı Azərbaycan təcrübəsi müzakirə olunacaq
# 09 dekabr 2014 12:40 (UTC +04:00)

Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, tədbirdə deputatlar Əli Hüseynli, Azər Kərimli, Qüdrət Həsənquliyev, Mixail Zabelin və Yevda Abramov iştirak edəcəklər.

Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun və Azərbaycan-İtaliya Assosiasiyasının təşəbbüsü və İtaliya Senatının dəstəyi ilə Azərbaycan Milli Məclisi tərəfindən təşkil edilmiş bu konfransda islam ənənələri mövcud olan dövlətlərdə müsəlmanların, xristianların və yəhudilərin birgə yaşayışı ilə bağlı hazırkı vəziyyət barədə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Tədbirdə Azərbaycan, İtaliya, Vatikan Dövləti və digər ölkələrin siyasi və dini qurumlarının, eləcə də elmi-tədqiqat müəssisələrinin və mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR