Azərbaycanın daimi nümayəndəliyi: "ATƏT ictimaiyyətinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində səyləri dəstəkləyəcəyini gözləyirik"

Azərbaycanın daimi nümayəndəliyi: "ATƏT ictimaiyyətinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində səyləri dəstəkləyəcəyini gözləyirik"
# 07 may 2015 16:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Biz ATƏT ictimaiyyətinin işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və regionda sülh və stabilliyin bərpa olunması istiqamətində səyləri dəstəkləyəcəyini gözləyirik”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinin ATƏT Daimi Şurasının 1050-ci iclasında yayılan bəyanatında deyilir.

Bəyanatda II Dünya Müharibəsində qələbənin 70 illiyi və Azərbaycanın müharibədəki iştirakından danışılaraq bu savaşın Azərbaycana təsir edən axırıncı müharibə olmadığı vurğulanıb: “Müstəqilliyinin ilk illərində suveren ölkə olan Azərbaycan Ermənistanın işğalçılıq siyasətinin qurbanı olub və Ermənistanın başladığı müharibədə minlərlə vətəndaşı həyatını itirib. Bu gün Azərbaycanın gözəl və qədim şəhəri olan Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 23 il keçib və bu şəhərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Şuşa şəhəri 1992-ci il 8 may tarixində erməni işğalının qurbanı olub. Azərbaycan torpaqlarının işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrdə işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması tələb olunur. Təəssüf ki, bu qətnamələr yerinə yetirilməyib və Ermənistan zorakılıq aktlarına görə cəzalandırılmayıb. Azərbaycan 8 may tarixini qələbə günü kimi qeyd edə bilmir. İşğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxarılana və Azərbaycanın ərazi bütövlüyü bərpa olunana kimi 8 may tarixi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi ilə bağlı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR