Merkel Türkiyənin Avropa İttifaqına üzv olmasının əleyhinədir

Merkel Türkiyənin Avropa İttifaqına üzv olmasının əleyhinədir
# 08 oktyabr 2015 01:10 (UTC +04:00)

Bakı-APA. Almaniya kansleri Anqela Merkel Türkiyənin Avropa İttifaqına üzv olmasının əleyhinədir.

APA-nın məlumatına görə, bu barədə A.Merkel ARD telekanalında çıxış edərkən deyib.

“Mən həmişə Türkiyənin Avropa İttifaqına bərabərhüquqlu üzv olmasının əleyhinə olmuşam və fikrimdə qalmaqda davam edirəm. Buna baxmayaraq, miqrasiya böhranının həlli üçün Türkiyə ilə dialoqu davam etdirmək gərəkdir. Təbii ki, biz bir-birimizə lazımıq”, deyə A.Merkel bildirib.

Qeyd edək ki, bundan əvvəl A.Merkel Strasburqda çıxış edərkən miqrasiya böhranının nizama salınmasında Türkiyənin mühüm rol oynadığını bildirib: “Türkiyə ərazisindəki 2 milyon qaçqın üçün əlindən gələni edir. Almaniya bu məsələdə Türkiyəyə hərtərəfli yardım göstərmək niyyətindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR