Bank Of Baku

Azərbaycanda 900-dən çox insan İİV-dən ölüb

Azərbaycanda 900-dən çox insan İİV-dən ölüb
# 18 may 2018 09:53 (UTC +04:00)

"Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2018-ci ilin 4 ayında Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5831 nəfər rəsmi qeydiyyatdadır".

 

APA-nın xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Eldəniz Muradov deyib.

 

O bildirib ki, onlardan 4138-i kişi, 1693-ü qadındır.

 

QİÇS mərhələsində olan vətəndaşların sayının 2103 nəfər olduğunu deyən E. Muradovun sözlərinə görə, 1987-ci ildən bu günə kimi İİV infeksiyasından 904 nəfər dünyasını dəyişib.

 

O qeyd edib ki, 2006-cı ildən antiretrovirus terapiyaya 4427 insan cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR