Ağdaş. Elvin Yaqubov-APA. Ağdaş rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Şəkili kənd sakini, 1955-ci il təvəllüdlü Mirzəyev Cavanşir Səfər oğlu Ağdaş şəhərində sifarişlə inşa etdiyi evin dam örtüyünü quraşdırarkən ehtiyatsızlıq edib.
Əlindəki dəmir örtük yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinə toxunub, nəticədə cərəyan onu vuraraq öldürüb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Elektrik cərəyanı Ağdaş sakinini vuraraq öldürüb
12 iyul 2016 09:41 (UTC +04:00)
Hadisə
Lənkəranda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
01:05
23 may 2024
Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb
23:39
22 may 2024
Həbsdə olan polkovnik 5 bağ evinin üzərindən həbsin götürülməsini istəyir
19:27
22 may 2024
Biləsuvarda şagird sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib
18:33
22 may 2024