Kiyevdə “Sağ sektor”-un toplantısı keçirilir

Kiyevdə “Sağ sektor”-un toplantısı keçirilir
# 21 iyul 2015 18:54 (UTC +04:00)

Bakı-APA. Ukraynanın paytaxtında, Maydanda yerli vaxtla saat 19:00-da “Sağ Sektor” milliyyətçi hərəkatının toplantısı başlayıb.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, aksiyada bir neçə yüz hərəkat fəalı iştirak edir.

Aksiyanın təşkilatçıları qeyd ediblər ki, onların hərəkətləri sülh xarakterli olacaq. Bununla belə, Kiyev polisinin gücləndirilmiş iş rejiminə keçdiyi bildirilir.

Xatırladaq ki, bu gün Kiyevdə “Sağ Sektor”un qurultayı baş tutub. Bundan əvvəl isə “Sağ Sektor” fəalları ümumxalq toplantısı çağıraraq hökumətə etimadsızlıq elan etmək niyyətində olduqlarını bildirmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR