Bank Of Baku

Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir

NATO-nun Baş katibi Mark Rutte

© APA | NATO-nun Baş katibi Mark Rutte

# 13 oktyabr 2026 15:58 (UTC +04:00)

NATO regiondakı təhlükəsizlik vəziyyətini diqqətlə izləyir və zərurət yarandıqca müdafiə və çəkindirmə sahəsində mövqeyini tənzimləyir.

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

O, Bolqarıstanın Baş naziri Rumen Radev ilə Qara dənizdə ticarət gəmilərinə qarşı son dron hücumlarını müzakirə etdiyini qeyd edib.

Rutte bildirib ki, NATO Qara dəniz regionunda müttəfiqləri ilə sıx əməkdaşlığı davam etdirəcək.

Baş katib vurğulayıb ki, alyans artıq şərq cinahında müdafiə mövqeyini gücləndirib və regiondakı təhlükəsizlik vəziyyətini yaxından izləyir. Onun sözlərinə görə, zərurət yarandıqda NATO-nun çəkindirmə və müdafiə mövqeyi müvafiq şəkildə tənzimlənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR