Azərbaycan Rusiyaya pomidor ixracını kəskin artırıb

Azərbaycan Rusiyaya pomidor ixracını kəskin artırıb
# 21 iyun 2016 13:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan Rusiyaya pomidor ixracını kəskin artırıb.

"APA-Economics" xəbər verir ki, hazırda Rusiya bazarında pomidorların 7,4%-i Azərbaycanın payına düşür. Halbuki, ötən il bu göstərici 1% olub.

İxrac etdiyimiz pomidorun qiymətində azalma müşahidə olunur. Belə ki, ötən ilin I rübündə Rusiyaya ixrac olunan pomidorun 1 tonu 1 240 dollara rəsmiləşdirilirdisə, bu ilin analoji dövründə bu rəqəm 1 120 dollara enib.

Rusiya Türkiyəyə embarqo tətbiq etdikdən sonra sözügedən bazarın mütləq lideri Mərakeşdir. Rusiyaya idxal olunan pomidorların 56,6%-i Afrika ölkəsindən gətirilir. Halbuki, ötən ilin analoji dövründə bu rəqəm 17,3% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR