Məlik Dadaşovun 90 illiyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək

Məlik Dadaşovun 90 illiyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək
# 10 dekabr 2014 12:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dekabrın 20-də Akademik Milli Dram Teatrında xalq artisti Məlik Dadaşovun 90 illiyinə həsr olunan təntənəli yubiley tədbiri keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə mədəniyyət və incəsənət xadimləri, M. Dadaşovun ailə üzvləri və başqaları iştirak edəcək. Yubiley tədbirində xalq artistinin çəkildiyi filmlərdən parçalar nümayiş olunacaq, həyat və yaradıcılığını əks etdirən sərgi təşkil olunacaq.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR