Mayda problemli kreditlərin həcmi 133 mln. manat artıb

Mayda problemli kreditlərin həcmi 133 mln. manat artıb
# 11 iyul 2016 08:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin iyun ayının 1-nə 1 mlrd. 514,2 mln. manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 201 mln. manat və ya 15,3% çoxdur.


Bu ilin aprel ayı ilə müqayisədə mayda problemli kreditlərin həcmi 132,9 mln. manat və ya 9,6% artıb.

Hesabat dövründə milli valyutada 9 mlrd. 676 mln. manatlıq kredit verilib ki, bunun da 777,7 mln. manatının və ya 8%-inin ödəmə vaxtı gecikir. Bu müddətdə xarici valyutada 8 mlrd. 521,1 mln. manatlıq kredit verilib. Xarici valyutada problemli kreditlərin həcmi 736,5 mln. manat və ya 8,6% təşkil edir. Ümumiyyətlə, manatda vaxtı keçmiş kreditlərin ümumi problemli kreditlərin həcmində çəkisi 51,36%, xarici valyutada isə bu göstərici 48,64% təşkil edir.

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 8,3% təşkil edir. Xatırladaq ki, apreldə bu göstərici 7,4% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR