Rusiya son bir ayda 5-ci hərbi təyyarəsini itirib

Rusiya son bir ayda 5-ci hərbi təyyarəsini itirib
# 06 iyul 2015 15:29 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Komsomolsk-Amurdan 17 km cənubda yerləşən Xurba aerodromu yaxınlığında baş verib. Hərbi təyyarə havaya qalxdıqdan az sonra yaşayış olmayan yerə düşüb. Hadisə nəticəsində hər iki pilot ölüb.

Hadisədən sonra Hərbi Hava Qüvvələrinin komandanlığı Xabarovsk diyarında “Su-24”lərin uçuşunu dayandırıb.

Maraqlıdır ki, bu, son bir ayda Rusiya qəzaya uğrayan 5-ci hərbi təyyarədir. İyunun 4-də Həştərxan yaxınlığında “Miq-29”, Voronej yaxınlığında “Su-34”, dörd gün sonra Amur vilayətində “Tu-95”, iyulun 3-də isə Krasnodar diyarında “Miq-29” təyyarəsi qəzaya uğrayıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR