“Schneider Electric” və “Invensys” - birgə daha yaxşıdır - R

“Schneider Electric” və “Invensys” - birgə daha yaxşıdır - <span style="color: red;">R
# 24 dekabr 2014 08:23 (UTC +04:00)

Bakı - APA-Economics. Qloballaşma, rəqəmsal inqilab, ekoloji maarifləndirmə və ekologiyanın təsiri istehsalçıları öz prioritetlərini tarazlaşdırmağa və eyni zamanda səmərənin, məhsuldarlığın, etibarlılığın, texniki təhlükəsizliyin yüksəldilməsini idarə etməyə məcbur etdiyinə görə, sənayenin mənzərəsi dəyişir.

Daim artan bu tələbatları ödəmək üçün sifarişçilər strateji tərəfdaşa ehtiyac duyur. 2014-cü ildə “Schneider Electric” şirkəti Böyük Britaniyada yerləşən “Invensys” şirkətinin satın alınmasını başa çatdırdı ki, gözlənilən əməkdaşlığı və dəyər yaratma təşəbbüslərini həyata keçirə bilsin.

“2014-cü ilin aprelindən etibarən biz keçmiş “Invensys” şirkətinin Schneider Electric şirkətinə birləşdirilməsini sürətləndirirdik və işlədiyimiz sahələrdə öz fəaliyyətimizi daha da genişləndirməyə yönəldirdik. “Invensys” şirkətinin “Schneider Electric” şirkətinə birləşdirildiyi bütün müddət ərzində bizə tamamilə aydın idi ki, bu satınalmanı əsaslandıran səbəb bizim sifarişçilər üçün dəyər yaratmaqdır və biz texnologiyaların birləşdirilməsinin əsas istiqamətlərini müəyyən etdik”, - deyə “Schneider Electric” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə prezidenti Emrah Tekdemir bildirib.

Bu satınalma sayəsində “Schneider Electric” şirkəti qüvvəni və avtomatlaşdırmanı birləşdirən səmərəli həll variantlarının təminatçısı qismində öz mövqeyini xeyli möhkəmləndirir. Bu sövdələşmə sayəsində birləşdirilmiş müəssisə sənaye və infrastruktur məhsullarının satışı bazarlarında özünəməxsus mövqe qazana biləcək.

“Schneider Electric” şirkətinin “PlantStruxure” texnologiyası fasiləli və fasiləsiz istifadə sahələri üçün texnoloji prosesin hərtərəfli avtomatlaşdırılma arxitekturasıdır. Keçirilmiş böyütmə nəticəsində onun həcmi genişlənib və o, keçmiş “Invensys” şirkətinin texnologiyalar portfelini, o cümlədən texnoloji proseslərə tətbiq olunmaq üçün nəzərdə tutulan paylaşdırılan idarəetmə sistemini və hazırda hibrid idarəetmə sisteminin tətbiqinə əsaslanmış kompüter proqramlarını və məsafədən ölçmə avadanlıqlarını əhatə edib. “Wonderware” sistemi avadanlığının “PlantStruxure” texnologiyası ilə birləşdirilməsi nəticəsində “SE” şirkətinin sənaye müəssisələrindən ibarət olan sifarişçiləri dünyanın ən böyük avtomatlaşdırıcı kompüter proqramları dəstindən maneəsiz surətdə istifadə etmək imkanı qazanır və məsafədən idarə olunan qurğulara və texnoloji proseslərə aid olan həllərə istismarçı və ya istifadəçi tərəfindən idarə olunması imkanı qazanır.

E. Tekdemir: “Schneider Electric” və “Invensys” şirkətlərinin birlikdə fəaliyyəti daha faydalıdır. İşçilərimizin, imkanlarımızın və texnologiyalarımızın birləşməsi yəni daha yüksək səmərənin, məhsuldarlığın, çevikliyin, sadəliyin, etibarlılığın, texniki və fiziki təhlükəsizliyin fasiləsiz axtarışında olan sifarişçilərə daha çox mənfəət bəxş edir. Daim artan bu tələbatları ödəmək üçün biz sifarişçilərimizə öz fəaliyyət sahəsində qabaqcıl dəyişiklər aparan və sənaye avtomatlaşdırması, kompüter təminatı və enerji idarəetməsi haqqında dərin ixtisas təcrübəsi və bilik sayəsində onların tələbatlarını ödəyə bilən bir dünya miqyaslı texnologiya şirkəti ilə strateji tərəfdaşlıq təklif edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR