Göyçayda qadın sürücünün avtomobili ağaca çırpılıb, bir ailənin 3 üzvü xəsarət alıb

Göyçayda qadın sürücünün avtomobili ağaca çırpılıb, bir ailənin 3 üzvü xəsarət alıb
# 03 iyun 2015 07:15 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay-Bərgüşad yolunun 8-ci kilometrliyində, Qızılağac kəndi ərazisində qeydə alınıb. Laçın rayon sakini, hazırda Bakıda yaşayan 1966-cı il təvəllüdlü Salahova Kamilə Əhliman qızı idarə etdiyi 99-DR-646 dövlət nömrə nişanlı “Mitsubishi” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücünün özü, həyat yoldaşı 1957-ci il təvəllüdlü Abbasov Bayram Abbas oğlu və nəvəsi, 2010-cu il təvəllüdlü Abbaszadə Fatimə Vüsal qızı müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR