QMİ sədri: “Ermənilərdən işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmağı tələb edirik”

QMİ sədri: “Ermənilərdən işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmağı tələb edirik”
# 16 aprel 2013 07:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. “MDB Müsəlmanları Məşvərət Şurası MDB məkanında bütün münaqişələrin tezliklə həll olunmasını istəyir və konfliktlərin sülh yolu ilə həll olunmasına tərəfdarıdır”. APA-nın məlumatına görə, bu fikirləri Şuranın sədri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Bakıda keçirilən “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar” adlı konfransda çıxışında deyib.

QMİ sədri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının vacibliyini vurğulayıb: “Biz istəyirik, tələb edirik ki, erməni işğalçıları tərəfindən başlanan Qarabağ problemi beynəlxalq konvensiyanın tələb etdiyi, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə də göstərildiyi kimi ədalətli formada həll olunsun və Azərbaycan torpaqları geri qaytarılsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR