Bank Of Baku

Merz: Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri verilməlidir

Almaniya kansleri Fridrix Merz

© APA | Almaniya kansleri Fridrix Merz

# 23 noyabr 2026 20:53 (UTC +04:00)

Almaniya Kansleri Fridrix Merz Ukraynaya NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsini vacib hesab edir.

APA xəbər verir ki, o, bu barədə Berlində NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.

Merz 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitində Ukraynanın Alyansa qəbul edilməməsini səhv qərar adlandırıb.

“Geriyə baxanda, 2008-ci ildə Buxarest sammitində ABŞ-ın Ukraynanın NATO-ya qəbuluna dair təklifinin qəbul edilməməsi səhv idi”, – deyə kansler bildirib.

Onun fikrincə, Ukrayna həmin vaxt NATO üzvü olsaydı, mövcud müharibənin qarşısını almaq mümkün ola bilərdi.

Merz Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın NATO-ya üzvlüyü məsələsini yenidən gündəmə gətirmək niyyətini də məntiqli hesab etdiyini söyləyib.

Kansler bildirib ki, müharibə başa çatdıqdan sonra Kiyevə veriləcək təhlükəsizlik zəmanətləri NATO müqaviləsinin 5-ci maddəsinə bənzəməlidir.

“Təhlükəsizlik zəmanətləri özlüyündə NATO-ya üzvlüyə yaxın bir mexanizmdir. Açığı, Ukraynanın gələcəyini belə zəmanətlər olmadan təsəvvür edə bilmirəm”, – deyə Fridrix Merz vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR