Şirvanda “Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli əməkdaşı intihar edib

Şirvanda “Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli əməkdaşı intihar edib
# 18 iyul 2015 19:34 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Şirvan şəhəri Natəvan küçəsi 61 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kərimov Rəmzi Elxan oğlu özünü həyətində yerləşən üzüm çardağından asaraq intihar edib.

Məlumata görə, intihar edən şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan şəhərində yerləşən idarələrindən birində baş mühasib vəzifəsində çalışırmış.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR