Azərbaycan Prezident Administrasiyasının rəhbəri İranda səfərdədir

Azərbaycan Prezident Administrasiyasının rəhbəri İranda səfərdədir
# 29 aprel 2013 13:00 (UTC +04:00)

APA-nın məlumatına görə, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin İRNA-ya bildirib ki, səfər İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin dəvəti əsasında həyata keçirilir: “Səfərdə məqsəd iki ölkə arasında etimadın yüksək səviyyədə olmasını nümayiş etdirməkdir. Azərbaycan və İran prezidentləri iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlıdırlar”.

Səfir deyib ki, R. Mehdiyev səfər çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, həmçinin İranın digər yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR