Bakı-2015: I Avropa Oyunlarında Azərbaycanı 15 boksçu təmsil edəcək

Bakı-2015: I Avropa Oyunlarında Azərbaycanı 15 boksçu təmsil edəcək
# 03 iyun 2015 19:52 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, seçməmiz kişilərin yarışında 10 idmançı ilə təmsil olunacaq.

Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı Teymur Məmmədov bu dəfə fərqli çəki dərəcəsində - 81 kq-da çıxış edəcək. 91 kq çəki dərəcəsində isə Abdulqadir Abdullayev rinqə çıxacaq.

Dünya çempionu Albert Səlimov milli komandamızın heyətində ilk cıddı sınağını məhz Avropa Oyunlarında verəcək. “Baku Fires” klubunun heyətində Rio de Janeyro Olimpiadasına vəsiqə qazanan boksçu 60 kq çəki dərəcəsində mübarizə aparacaq. Məşqçilər korpusu 56 kq-da “Böyük İpək Yolu” turnirində 1-ci olan gənc Tayfur Əliyevə şans verib. Komandamız hazırda Bakıda İrlandiya və Bolqarıstan boksçuları ilə birgə təlim-məşq toplanışı keçir.

Qızların yarışında 5 boksçumuz çıxış edəcək. Dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu Yelena Vıstropova, dünya çempionatının finalçısı Yana Alekseyeva əsas medal ümidlərimiz olacaq.

Kişilərdən ibarət milli komandamız:

49 kq. Salman Əlizadə

52 kq. Elvin Məmişzadə

56 kq. Tayfur Əliyev

60 kq. Albert Səlimov

64 kq. Lorenzo Sotomayor

69 kq. Pərviz Bağırov

75 kq. Xaybulla Musalov

81 kq. Teymur Məmmədov

91 kq. Abdulqadir Abdulllayev

+91. Məhəmmədrəsul Məcidov

Qadınlardan ibarət seçmə komanda:

51 kq. Anaxanım Ağayeva

54 kq. Anna Əlimərdanova

60 kq. Yana Alekseyeva

64 kq. Yelena Vıstropova

75 kq. Zeynab Cavadlı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR