İrəvanda polis aksiyanı dağıdarkən zorakılığa yol verib, 50-dək etirazçı saxlanılıb

İrəvanda polis aksiyanı dağıdarkən zorakılığa yol verib, 50-dək etirazçı saxlanılıb
# 06 iyul 2015 14:54 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, müxalifətçi deputat Nikol Paşinyan bildirib ki, D. Sanasaryan xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Baqramyan prospektində aksiyanın dağıdılması zamanı 46 nəfər saxlanılıb. Onlar polis idarəsinə aparılıb.

N. Paşinyan bildirib ki, hazırda polis idarəsində 9 nəfər qalıb.

Saxlanılanlardan biri “Armenia Today” agentliyinin koordinatoru Arqişti Kiviryan isə deyib ki, polisin tələbinə tabe olmadığına görə onu inzibati qaydada məsuliyyətə cəlb etmək istəyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR