2016-cı il Olimpiya Oyunlarının rəsmi saytı I Avropa Oyunları məşəlinin Bakıya gətirilməsinə dair məqalə dərc edib

2016-cı il Olimpiya Oyunlarının rəsmi saytı I Avropa Oyunları məşəlinin Bakıya gətirilməsinə dair məqalə dərc edib
# 08 iyun 2015 07:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Rio de Janeroda keçiriləcək 2016-cı il Olimpiya Oyunlarının rəsmi saytı “Bakı - 2015” I Avropa Oyunlarının məşəlinin Bakıya gətirilməsi ilə bağlı geniş məqalə dərc edib.

APA-nın sayta istinadən verdiyi məlumata görə, 4 gün ərzində məşəlin Bakıda 16 km məsafə qət edəcəyi və 100 məşəldar tərəfindən daşınacağı qeyd olunub. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin dənizkənarı parkda məşəli qəbul edərək estafet yürüşündə iştirakına xüsusi önəm verilib. Ölkənin birinci xanımı Mehriban Əliyeva da məşəl səyahətində iştirak edib.


Qeyd olunub ki, məşəl Azərbaycanın 60 rayonunu gəzib. Məqalədə Avropa Oyunları, məşəl səyahəti, keçiriləcək yarışlar, atletlər barədə ətraflı məlumatlar da verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR