Azərbaycanda meşə fondu torpaqlarının özbaşına tutulmasına görə cəza aradan qaldırılır

Azərbaycanda meşə fondu torpaqlarının özbaşına tutulmasına görə cəza aradan qaldırılır
# 23 sentyabr 2015 08:46 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan 70-ci maddə ləğv olunur.

Maddədə deyilir: "Meşə fondu torpaqlarının özbaşına tutulması və ya həmin torpaqlardan qanunsuz istifadə edilməsinə görə fiziki şəxslər 700 manatdan 1000 manata qədər, vəzifəli şəxslər 3 500 manatdan 5 000 manata qədər, hüquqi şəxslər isə 6 500 manatdan 8 000 manata qədər cərimələnir".

Maddənin ləğvi ilə bağlı layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR