Türkiyə nümayəndə heyəti Krıma səfər etmək niyyətindədir

Türkiyə nümayəndə heyəti Krıma səfər etmək niyyətindədir
# 03 aprel 2015 03:45 (UTC +04:00)

Bakı-APA. Türkiyə Krım tatarlarının vəziyyətinin öyrənilməsi məqsədilə yarımadaya ictimai təşkilatlar və sahibkarlardan ibarət qeyri-rəsmi nümayəndə heyəti göndərmək niyyətindədir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kişinyovda, Moldova prezidenti Nikolaye Timofti ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Əfsuslar olsun ki, Krım hökuməti ATP televiziya kanalının yayım lisenziyasını uzatmayıb. Biz Krım tatarlarının dilində olan yeganə televiziya telekanalının bağlanmasından çox narahatıq. Prezident Rəcəb Tayyib Ərdoğan artıq bu məsələni Rusiya prezidenti Vladimir Putin ilə müzakirə edib. Təşkil etdiyimiz nümayəndə heyəti insan haqları sahəsində vəziyyətlə tanış olmaq üçün Krıma səfər etmək niyyətindədir. Ümidvaram ki, yaxın zamanlarda bu səfər reallaşacaq”, deyə M.Çavuşoğlu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR