Mübariz Qurbanlı: “Azərbaycanda kiçik xristian təriqətlərinin və radikal islamçı cərəyanların yayılması üçün münbit şərait yoxdur” - FOTO

Mübariz Qurbanlı: “Azərbaycanda kiçik xristian təriqətlərinin və radikal islamçı cərəyanların yayılması üçün münbit şərait yoxdur” - <span style="color: red;">FOTO
# 17 aprel 2015 10:19 (UTC +04:00)

APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin əhəmiyyəti barədə danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, 21-ci əsrdə islam dininə sitayiş edənlərin sayı dünya əhalisinin yarısına bərabər olacaq: “Biz ənənəvi islam ölkəsiyik və ərazimizdə istər buddizm, istər xristianlıq, istərsə də digər dini cərəyanların təsiri genişlənə bilməz. Missionerlik üçün dünyanın elə bölgələri var ki, orada fəaliyyət göstərmək olar. Ona görə də mən xristian ölkələrindən gəlib kiçik təriqətləri yaymaq istəyənlərə deyirəm ki, sizin yaymaq istədiyiniz təriqətlər üçün Azərbaycanda yer yoxdur. Radikal islamçı cərəyanlar üçün də Azərbaycanda münbit şərait yoxdur, çünki biz həm klassik islam ölkəsiyik, həm də bizə dünyəvilik xasdır. Milli düşüncəmiz, dünyəviliyə bağlılığımız Azərbaycanda fanatizmə meylli islami qrupların yer almasına imkan vermir”.

M. Qurbanlı qeyd edib ki, Osmanlı İmperiyasının zəifləməsi ilə bəzi dövlətlər bu ərazilərdə radikal vəhhabiliyə dəstək verib və bunun da məqsədi bəllidir: “Bu proses Azərbaycandan da yan keçməyib”.

Sovet dövründə kommunizm ideologiyasının dini əvəzləməsinə yönəlik cəhd olduğunu xatırladan M. Qurbanlı bunun iflasa uğradığını xatırladıb. O, Azərbaycan xalqının sovet dövründə də öz dinini qoruyub saxladığını vurğulayıb: “20-ci əsrin əvvəlində Azərbaycanda xurafata qarşı mübarizə nümunəsi göstərilib. Mirzә Fәtәli Axundov, Nәriman Nәrimanov, Cəlil Məmmədquluzadənin bu sahədə böyük rolu olub. Xurafata qarşı mübarizə dinə qarşı mübarizə deyil. Radikal dini cərəyanlara qarşı mübarizə də dinə qarşı mübarizə deyil”.

M. Qurbanlı bildirib ki, sovet dövründə insanları dindən uzaqlaşdırmağa çalışıblar, islam dinini yalnız dəfn mərasimi ilə məhdudlaşdırıblar, eyni zamanda əsl din xadimlərini nüfuzdan salmağa cəhd göstəriblər: “Molla əslində yaxşı mənalı sözdür. Amma molla deyəndə saqqallı, keçmişdə qalmış insan göz qadağına gəlirdi. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu sahəyə xüsusi diqqət göstərilib və bu diqqət bu gün davam edir. Məscidlərin sayı 2000-i keçib, Qafqaz İslam Universiteti yaradılıb, Qafqaz Müsəlmanları İdarəsi himayə edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR